Tar dərsləri
Tarzən Məhbub Şüküroğlu və rejissor Rəşid Ağamalıyev tar həvəskarları üçün video dərslik hazırlayırlar. Bu tar dərslərində Azərbaycan muğamlarının sirləri çox aydın və sadə şəkildə izah edilir. Məhbub müəllimin ətraflı izahlarıyla tar həvəskarları Rast, Bayatı-Şiraz, Çahargah və digər muğamları, çoxlu mahnıları öyrənəcəklər.

Haqqımızda

 

Məhbub Şüküroğlu avqustun 20-si 1967-ci ildə Masallı rayonunun Digah kəndində anadan olmuşdur. 1983-cü ildə Masallı rayon musiqi məktəbini, 1990-ci ildə Lənkəran orta ixtisas musiqi məktəbinin tar sinifini bitirmişdir. 1990–2005-ci illərdə Masallı rayon musiqi məktəbində, 2005–2006-ci illərdə Bakı şəhəri Buzovna qəsəbəsindəki musiqi məktəbində tar ixtisas üzrə müəllim, 2006–2013-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muğam sənəti kafedrasında konsertmeystr fəaliyyəti göstərmişdir. Həmçinin 2011-2013-cü illərdə Şuşa Musiqi Texnikumunda çalışmışdır.
Rəşid Ağamalıyev Tar dərsləri layihəsinin rəhbəri və Məhbub Şüküroğlunun prodüserdir.
O, Azərbaycanda, Rusiyada, Çex Respublikasında və Niderland Krallığında təhsil almışdır.
Rəşid Ağamalıyev "Bayatı-Şiraz" (2014), "Aşıq Qərib. Azərbaycan məhəbbət dastanı" (2014), "Züleyha ilə dialoqlar" (2019) və s. filmlərinin müəllifidir.
Tar dərsləri pulsuzdur?
Videodərsləri ödənişsizdir və hər bir muğam, tar həvəskarı bu dərsləri YouTube veb-səhifəsindən izləyə bilər. Lütfən, təşəbbüsümüzü dəstəkləyin: